Helikopter vuruldu: 1 general və 13 hərbçi həlak oldu

Bu gün Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında separatçılar tərəfindən Ukraynaya məxsus helikopterin vurulması nəticəsində aralarında 1 generalın da olduğu 14 hərbçi həlak olub. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib. "Slavyanskda rusiyalı terrorçular tərəfindən bizim helikopterimiz vurulub.

General Kulçitski ilə birlikdə 14 hərbçimiz həlak olub", - deyə o, bildirib.

Ukraynalı hərbçilər rotasiya qaydasında Slvyanskdan qayıdırmış. Ukrayna Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi və xüsusi hazırlıq idarəsinin rəisi, general-mayor Sergey Kulçitski də əsgərlərlə birlikdə helikopterdə olub. Ölkənin şərqində antiterror əməliyyatının başlamasından bu yana ilk dəfədir ki, Ukrayna öz generalını itirir.

Xatırladaq ki, bu gün Ukraynaya məxsus bir helikopterin vurilduğu və helikopterin Slavyansk şəhərinin cənub-şərqində, Çervonıy Moloçar adlanan yerə düşərək yandığı barədə məlumat yayılıb.

AzNews.az