- Köhnə - Region
- 30 May 2014 07:38
- 5 998
İzmirdə Ərdoğanı “divara dirədilər” –VİDEO
AzNews.az xəbər verir ki, müəllimlər binasındakı toplantıdan çıxıb bələdiyyə binasına gedərkən bir vətəndaşın uzaqdan "baş nazirim, səni çox sevirik" deməsindən sonra Ərdoğan ona yaxınlaşıb. Əlini vətəndaşın cibinə uzadan baş nazir bu dəfə də siqaretə qarşı olduğunu açıq-aşkar nümayiş etdirib:"Madəm sevirsən, bəs bu nədir? Niyə siqaret çəkirsən?"
Hökumət rəhbərinin İzmir səfəri vətəndaşların bir sıra tələbləriylə də yadda qalıb. Mədən işçisi olan vətəndaş baş nazirə yaxınlaşaraq, əməkhaqlarının aşağı olmağından gileylənib:
"Hörmətli baş nazir, min lirəyə işləyirik. Özü də çox önəmli sahələrdə. Amma min lirəyə işləməzlər. Həmin pula 4 uşağı necə saxlayım? Xahiş edirəm nəzərə alın".
Baş nazir isə vətəndaşa cavabında bildirib ki, bu məsələ üzərində iş gedir və problem tezliklə həllini tapacaq.
İntiqam Valehoğlu
AzNews.az