Çeçenlər separatçılar tərəfində döyüşür – İddia


Ukraynada separatçılar tərəfdə hərbi əməliyyatlarda iştirak edən çeçenlərlə bağlı müfəssəl informasiyalar yayılıb.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ölkənin cənub-şərq bölgəsində - Donetsk və Luqansk vilayətlərində döyüşlərdə ölənlərin sayı onlarladır. Çeçen şahidlər iddia edir ki, Ukraynada başlanan vətəndaş müharibəsində rusiyameyilli separatçılar tərəfində döyüşərək, ölən çeçenlərin bir çoxunun nəşi vətəninə qaytarılıb.

Ukrayna Antiterror Əməliyyatları barədə informasiya qrupunun rəhbəri Vladislav Seleznyov bildirib ki, Donetsk vilayətində qanunsuz silahlı birləşmələrin tərəfində vuruşanların əksəriyyəti qafqazlılardır. Çeçenistan sakinləri də bu informasiyanı dəstəkləyib.

Çeçen şahidlər deyib ki, qohumu Ukraynada həlak olan həmvətənlərinin cənazəsinin vətənə gətirilməsində iştirak edib. Onlar separatçıların tərəfində döyüşüblər. Ölənlərin əksəriyyəti Qudermes, Şalinski və Urus-Martan rayonlarının sakinləridir. Rayonlardan birinə 6, digərinə isə 4 cəsəd gətirilib. Bu informasiyalar məqsədli şəkildə yayılmır. Çünki, hakimiyyət buna imkan vermir. Ölənləri yerli qəbristanlıqda basdırırlar".

Şahidin sözlərinə görə, Ukraynadakı döyüşlərdə xüsusi təyinatlıların keçmiş döyüşçüləri və digər strukturlardan könüllülər iştirak edir.
Xatırladaq ki, Çeçenistan prezidenti Ramzan Kadırov isə respublika sakinlərinin Ukraynanın şərqindəki döyüşlərdə iştirakı haqda informasiyaları təkzib edib.

Aydan Axundova
AzNews.az