Slavyansk ətrafında intensiv döyüşlər - 2 ölü

Ukraynanın Slavyansk şəhəri ətrafında, eyni zamanda bir neçə yerdə intensiv döyüşlər gedir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ukrayna ordusu əməliyyatlara 7-8 hərbi helikopterlər cəlb edərək separatçıların mövqelərini pulemyotlardan atəşə tutur. Separatçıların qərargahından agentliyə verilən məlumata görə, yerli sakinlər arasında 2 nəfər həlak olub.

Məlumata görə, döyüşlər Xarkov-Rostov magistral yolunun Krasnıy Liman yaşayış məntəqəsinə dönən hissəsində, Kramatorsk aerodromu yaxınlığında, Çervonıy Moloçar qəsəbəsi və Andreyevski postu yaxınlığında gedir.

AzNews.az