- Köhnə - Region
- 2 İyun 2014 07:46
- 6 522
Abxaziyada qarşıdurma pik həddə-Prezident istefa verdi
AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, A. Ankvab bununla bağlı açıqladığı bəyanatda bildirib ki, istefasına səbəb vətəndaşlar arasında toqquşmanın qarşısını almaq niyyəti durub. O, qondarma respublika sakinlərini qarşıdurmalara getməməyə, asyişi qorumağa da çağırıb.
A.Ankvab elan edib ki, Abxaziyaya müvəqqəti rəhbərliyi parlamentin sədri Valeri Bqanbu icra edəcək.
Xatırladaq ki, mayın 27-də müxalifət Suxum şəhərinin mərkəzində izdihamlı etiraz aksiyası keçirib. Etirazçılar "prezident", "hökumət", "baş prokuror" və Abxaziyanın bir neçə şərq rayonlarının icra başçılarının istefasını tələb ediblər.
Hakimiyyət və müxalifət arasında münaqişəyə səbəb şərq rayonlarının sakinlərinə Abxaziya pasportunun verilməsi olub.
Söhbət burada milliyyəti gürcü olan şərq rayonların sakinlərdən gedir. Belə ki, müxalifətin iddiasına əsasən, Abxaziya "vətəndaşlığını" qəbul edən bu sakinlər Gürcüstan vətəndaşlığından imtina etməyiblər, bu isə respublikanın "qanunvericiliyinə" ziddir. Müxalifətin iddiasına görə, şərq rayonlarının 27 min sakininə artıq qanunsuz olaraq Abxaziya pasportu verilib. Hazırda sənədlərin verilməsi dayandırılıb.
2014-cü ilin avqustun 24-nə vaxtından əvvəl "prezident" seçkiləri təyin edilib.
Əhməd
AzNews.az