- Köhnə - Region
- 2 İyun 2014 08:10
- 4 822
Hərbçilər döyüşür, iqtisadçılar anlaşır - Ukrayna
Ukrayna təbii qazın alınması ilə bağlı yeni təkliflərini Rusiyaya təqdim edib.
AzNews.az-ın məlumatına görə, təkliflər paketi "Naftoqaz Ukrayna" dövlət şirkəti tərəfindən "Qazprom"a göndərilib.
Müqavilə layihəsində yanacaq alışı və satışını nəzərdə tutan məsələlər öz əksini tapıb.
Yeni müqavilə yeni əməkdaşlıq şərtlərinə dəyişiklər edilməsini nəzərdə tutub.
Dəyişikliklər sırasında təbii qazın qiyməti, həcmi və satış şərtləri yer alıb.
Məlumatda o da qeyd olunub ki, bu gün Ukrayna, Rusiya və Avropa İttifaqı arasında iqtisadi və siyasi məsələlərin müzakirəsinə dair üçtərəfli danışıqların dördüncü mərhələsi keçiriləcək. Burada Rusiya qazının Ukraynaya satış məsələsi də müzakirə olunacaq.
"Naftoqaz Ukrayna" "Qazprom"la danışıqların konstruktiv mövqedən davam etdirilməsində maraqlıdır. "Naftoqaz Ukrayna"dan o da bildirilib ki, mayın 30-da "Qazprom"a 768,3 milyon dollar verilib. Bununla Ukrayna 2014-cü il fevral-mart aylarında Ukraynaya idxal olunan təbii qazın dəyərini ödəyib.
Məbləğdə satış qiyməti kimi hər kub metr qaza 268,5 milyon dollar nəzərdə tutulub.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında gərginlik pik həddə çatıb. Rusiya tərəfindən dəstəklənən silahlı separatçılar Ukraynanın cənub-şərq vilayətlərində hakimiyyəti ələ keçiriblər.
Aydan Axundova
AzNews.az