Türkiyə üçün daha bir faciə- VİDEO


Əfqanıstandakı Türk inşaat şirkətinin işçilərini daşıyan avtobusa hücum olub. AzNews.az xəbər verir ki, hadisə ölkənin Nangarhar vilayətində səhər saatlarında baş verib. Bildirilir ki, türk işçilər Əfqanıstanın Behsud bölgəsinə gedirmişlər. Hadisə nəticəsində 3 türk mühəndis həyatını itirib. Motosikletlə edilən hücum zamanı daha bir mühəndis ağır yaralanıb.


İntiqam Valehoğlu
AzNews.az