Donetskdə döyüşlər yenidən qızışdı – Ölənlərin sayı sürətlə artır


Ukraynanın Donetsk vilayətində separatçıların ələ keçirdiyi yaşayış məntəqələrində vəziyyət daha da gərginləşib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib ki, səhər saatlarından başlayaraq, dövlətin hərbi birləşmələri vilayətin Slavyansk şəhərində antiterror əməliyyatına başlayıb: "Slavyanskda antiterror əməliyyatlarının fəal hücum fazasına başlanılıb. Əməliyyat çox intensiv gedir. Semenovka rayonunda terrorçular bizim ZTR-lərimizi minaatanlarla vurublar. Lakin zirehli maşınlarımız sıradan çıxmadı. Afərin mühəndislərimizə".

A.Avakov qeyd edib ki, hazırda hərbçilər Slavyansk, Kramatorsk və Krasnıy Liman şəhərlərində dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər həyat keçirir: "Biz vətəndaşlara evlərində qalmağa və terrorçuların cəmləşdiyi yerlərə yaxınlaşmamağa çağırırıq".
O, hazırda 5 terrorçunun öldürüldüyünü də bildirib.

AzNews.az