Ukraynanın şərqində həlak olanlarla bağlı ziddiyətli xəbərlər gəlir


Ukraynanın şərqində gedən hərbi əməliyyatlar zamanı 59 nəfər hərbi qulluqçu da daxil olmaqla 181 nəfər ölüb, 293 nəfər isə xəsarət alıb.

AzNews.az "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Oleq Maxnitski açıqlamasında deyib.
O bildirib ki, statistika Donetski və Luqansk vilayətləri üzrə aparılıb.

Tərəflər dinc əhali arasında ölənlərin günahını isə bir-birlərinin üzərinə atırlar.

Slavyanskinin "Xalq meri" Vyaçeslav Ponomaryov bildirib ki, may ayının ilk yarısında Ukraynanın şərqində hakimiyyət tərəfindən həyata keçirilən hərbi əməliyyat iştirakçılarının itkiləri 650 nəfər olub. Mayın sonlarında Donetsk ətrafında baş verən toqquşmalarda və aeroport uğrunda gedən döyüşlərdə rəsmi məlumata görə, 200 nəfərdən çox separatçı öldürülüb.

Separatçılar isə iddia edir ki, onların itkisi 50 nəfərdir, təxminən o qədər də dinc əhali həlak olub.

Aydan Axundova
AzNews.az