- Köhnə - Region
- 4 İyun 2014 13:31
- 5 075
Turçinov vəziyyətin gərgin olduğu Donetskə getdi
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandır Turçinov ölkənin vətəndaş müharibəsi davam edən bölgəsinə gedib.
AzNews.az yerli mediaya istinadən xəbər verir ki, A. Turçinov təcili olaraq Ukraynanın şərq vilayətlərinə yola düşüb. Onun Donetsk vilayətinə getdiyi bildirilir.
Parlamentin vitse-spikeri Ruslan Koşulinski A.Turçinovun Ukraynanın şərqində yaranan ağır vəziyyətlə bağlı bu bölgəyə getdiyini bildirib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqində separatçı qüvvələr bölgənin müstəqilliyini tələb edərək, silahlı müqavimət göstərirlər. İlkin məlumatlara görə, qarşıdurmalarda bu günə qədər minə yaxın silahlı və mülki şəxs ölüb.
Aydan Axundova
AzNews.az