- Köhnə - Region
- 14 İyul 2014 09:43
- 4 644
Ukraynadan qaçan rusların sayı artır
AzNews.az-ın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Aleksandr Drobışevski bildirib ki, ölkə ərazisində 341 müvəqqəti sığınacaq məntəqəsi açılıb. Burada 9295-i uşaq olmala 23 843 ukraynalı qaçqın yerləşib: "Bundan başqa daha 8 mobil sığınacaq məntəqəsi açılaraq, qəbula hazır vəziyyətə gətirilib. Bu məntəqələrdə 3600 insan məskunlaşdırıla bilər". A. Drobışevski Rostov, Bolqoqrad, Həştərxan vilayətlərində, Sevastopol, Stavropolsk diyarının bir hissəsində və Kraçaevo-Çerkesi Respublikasının şəhər dairələrindən birində qaçqınların sayının artması ilə əlaqədar xüsusi rejim elan olunub.
O bildirib ki, Ukrayna vətəndaşları daha çox Krım və Sevastopolda, eləcə də mərkəzi və cənub federal dairələrin sərhəd rayonlarında məskunlaşırlar: "Həmçinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin bazasında qaynar xətt yaradılıb. Burada bütün sutka boyu mərburi köçkünlərə hər çür köməklik göstəriləcək. İndiyə kimi bu xəttə 3 mindən çox müraciət olunub".
Xatırladaq ki, Ukraynanın cənub qərbindən qaçqınların sayı iyun ayından başlayaraq artır. Buna səbəb Donbasda silahlılarla hökumət qüvvələri arasında baş verən toqquşmalardır.
Aydan Axundova
AzNews.az