- Köhnə - Region
- 15 İyul 2014 14:25
- 11 131
Moskva metrosunda faciə: 15 ölü, 118 yaralı - VİDEO+ FOTOLAR (Yenilənib 2)
AzNews.az-ın "Rossia" tv-yə istinadən verdiyi məlumata görə, qəza zamanı yaralananlardan 118 nəfəri paytaxtın 14 klinikasına yerləşdiriliblər.
Baş verənlərin aradan qaldırılması məqsədilə metronun "Slavyanski bulvar"-"Molodyojniy" xəttində hərəkət dayandırılıb.
Ərazidə sərnişinlərin hərəkətində problemin olmaması üçün həmin xətt üzrə 150 avtobus ayrılıb.
***
14:21
Moskva metrosunda baş verən qəza ilə bağlı son məlumatlar açıqlanıb.
AzNews.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Moskva şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, qəza zamanı həlak olnaların sayı 5-ə çatıb. 106 nəfər isə son məlumatlara əsasən yaralı vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Rusiyanın Baş Prokurorluğundan isə bildirilib ki, hadisə ilə bağlı Moskva şəhər Prokurorluğunda cinayət işi açılıb. Hazırda hadisə yerində istintaq qrupu işləyir.
Moskva meri Serqey Sobyanin isə deyib ki, yaralıların müalicəsi üçün paytaxt xəstəxanalarında xüsusi briqadalar səfər edilib.
Əhməd
AzNews.az
***
12:27
"Moskva Metropoliteni"ndə baş verən qəza ilə bağlı Moskva meri Sergey Sobyanin brifinq keçirib.
AzNews.az-ın "Rossia" tv-yə istinadən xəbər verir ki, S. Sobyanin bildirib ki, hadisə səhər saatlarında "Slavyansk bulvar" metrostansiyasında qatarın relsdən çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi briqadaları gətirilib. Xilasetmə işlərinə xüsusi avadanlqılardan istifadə edilib.
İlkin məlumatlara görə, qəzada 145 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb.
FHN nümayəndələri isə bildirib ki, hadisəyə səbəb qatarın tuneldə ani olaraq dayanması olub. Bundan sonra qatarın vaqonları relsdən çıxıb.
***
11:55
Moskvada metroda baş vermiş qəza nəticəsində 50 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda hadisə yerində olan insanlar ərazidən təxliyə olunur.
Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən kəskin azalıb, nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub.


AzNews.az