Deputat Türkiyə-Ermənistan protokollarına qarşı çıxdı

Ermənistan parlamentində təmsil olunan müxalifyönlüü "İrs" Partiyası Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların parlamentin gündəliyindən çıxarılması təklifini irəli sürüb.

Partiyanın təmsilşisi Z.Postancyan bildirb ki, Ermənistan biabırçı protokollardan imtina etməlidir: "Nəzərə almaq lazımdır ki, Türkiyənin yardımı olmadan Azərbaycan Ramil Səfərovun ekstradasiyasına nail ola bilməzdi".

Məlumat üçün bildirək ki, 2009-cu il oktyabrında Sürixdə imzalanan protokollar indiyə qədər heç bir ölkənin parlamentində ratifikasiya edilməyib. Ermənistan qanunvericiliyi 10 il ərzində sənədlərə baxılmaması imkanı verir.

Alpər
AzNews.az