Ukrayna parlamentinin ömrünə iki gün qalıb

Ukrayna Ali Radası (parlament) avqustun 24-də - Müstəqillik Günündə buraxılacaq. AzNews.az "Azadlıq" radiosunun rus bölümünə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Petro Poroşenkonun mətbuat xidməti açıqlama yayıb.

Parlament buraxıldıqdan sonra Ali Radaya növbədənkənar seçkilər keçiriləcək. Prezident Poroşenkonun sözlərinə görə, əhalinin 80%-ə yaxını yeni seçkilərin keçirilməsini dəstəkləyir.

Ukraynanın hakim koalisiyası iyulun 24-də parçalanıb. Konstitusiyaya görə, əgər 30 gün ərzində parlament yeni koalisiya formalaşdırmasa prezident onu buraxmaq hüququ əldə edir.

AzNews.az