- Köhnə - Region
- 12 Sentyabr 2012 15:26
- 3 612
ABŞ Gürcüstanın Havadan Müdafiə Sistemləri qurur
Artıq bununla bağlı tərəflər arasında 6 bəndlik müdafiə sistemləri sahəsində əldə edilmiş razılaşmanın icrasına da başlanılıb. Bu gün Gürcüstana ekspertlərdən ibarət nümayəndə heyətinin gələcəyi bildirilir. Həmin qrup Havadan Müdafiə Sistemlərinin bütün ölkə boyu hansı istiqamətlərdə təkmilləşdirilə biləcəyi imkanlarını təhlil edəcək.
Növbəti mərhələdə isə Havadan Müdafiə Sistemlərinin doktrinası qəbul olunacaq və ABŞ texniki dəstəklə bağlı üzərinə öhdəlik götürəcək. Gürcü ekspert Tornik Şaraşenidze isə məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, sistemlərin təkmilləşdirilməsi Gürcüstan üçün həyatı vacibdir. O həmçinin Rusiyadan Gürcüstana qarşı təhdidlərin hələ də davam etdiyini deyib və əlavə edib ki, bizim 2008-ci ildə məğlub olmağımıza səbəb Havadan Müdafiə Sistemlərinin zəifliyi oldu.
Sadiq
AzNews.az