Urmas Paet: “Bütün partiyaları seçkinin nəticələrini tanımağa çağırıram” Urmas Paet: “Bütün partiyaları seçkinin nəticələrini tanımağa çağırıram”

Qərb Gürcüstanda keçiriləcək parlament seçkisindən bərk narahatdır

Urmas Paet: “Bütün partiyaları seçkinin nəticələrini tanımağa çağırıram”



Tiflisdə rəsmi səfərdə olan Estoniyanın Xarici İşlər naziri Urmas Paet oktyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticəsini tanımağa çağırıb. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri eston XİN rəhbəri gürcü həmkarı Qriqol Vaşadze ilə görüşündə səsləndirib və bildirib ki, nəticələr gürcü xalqının iradəsini əks etdirdiyi üçün bütün partiyalar nəticəni tanımalıdır.

O, həmçinin bütün gürcü xalqını parlament seçkilərində aktiv iştiraka dəvət edib və ümidvar olduğunu bildirib ki, seçkilər demokratik keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl İsveçin Xarici İşlər naziri Karl Bildt Gürcüstan müxalifətini seçkilərin nəticələrini tanımağa və aksiyalar təşkil etməməyə çağırmışdı.

Sadiq
AzNews.az