- Köhnə - Region
- 27 Avqust 2014 15:59
- 3 995
Əhməd Davudoğlu AKP-nin sədri seçildi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.
AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qurultayda Ə.Davudoğluya alternativ olmayıb.
Qurultayda Ə.Davudoğlu AKP-nin sədri seçilib.
Xatırladaq ki, Türkiyənin yeni prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün həmin qurultayda AKP sədrliyindən istefa verib.
AzNews.az