Tiflis Doku Umarovun silahdaşnı Rusiyaya vermədi

Gürcüstanın Ədliyyə Nazirliyi mətbuatda "Umarovun silahdaşı Rusiyaya verildi" başlığı ilə getmiş məlumatları təkzib edib.

AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi bildirib ki, Lopota yarğanında keçirilmiş xüsusi təyinatlıların əməliyyatı zamanı həbs edilən Rusiya vətəndaşı, Umarovun silahdaşı sayılan Əhməd Çataev həbsxanaların birində saxlanılır və o, Rusiyaya ekstradisiya edilməyib.

Xatırladaq ki, Əhməd Çataev sentyabrın 9 da həbs edilib. Onun həbsindən bir neçə gün sonra Gürcüstan mətbuatında onun Rusiyaya ekstradisiya edilməsi ilə bağlı məlumat yayılmışdı.

Sadiq
AzNews.az