XİN müavini: "Xankəndinə hansısa bir ölkədən uçuş Azərbaycanın icazəsi olmadan mümkün deyil" XİN müavini: "Xankəndinə hansısa bir ölkədən uçuş Azərbaycanın icazəsi olmadan mümkün deyil"

Nazir müavinindən Ermənistana ciddi xəbərdarlıq

XİN müavini: "Xankəndinə hansısa bir ölkədən uçuş Azərbaycanın icazəsi olmadan mümkün deyil"



Xankəndində aeroport istifadəyə verilərsə, bu, açıq şəkildə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) pozulması deməkdir. Bundan sonra Azərbaycan hüququ məcrada Çikaqo Konvensiyasının yerinə yetirilməsi üçün səylərini artıracaq.

Bunu açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. "Xankəndinin hava məkanı Azərbaycanın hava məkanıdır və hava mıəkanlarına eyni suverenlik prinsipləri şamil olunur", - Əzimov bildirib. XİN müavininin sözlərinə görə, Xankəndinə hansısa bir ölkədən uçuş Azərbaycanın icazəsi olmadan mümkün deyil.

Əzimov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində bu cür qeyri-qanuni işlərin görülməsi, ona hansısa humanitar don geyindirmək cəhdləri düzgün deyil. "Çünki həmin ərazilər işğaldadır, orada təcavüzkar, yad ölkənin hərbi qüvvələri var.

Məncə, bu hava daşımaları ilk növbədə oradakı hərbi qüvvələrin təminatı üçün istifadə olunacaq. Bu da əlbəttə ki, yolverilməzdir", - Əzimov əlavə edib.

AzNews.az