Parlament seçkilərində qələbəni müxalif “Gürcü Arzusu” partiyası qazanıb Parlament seçkilərində qələbəni müxalif “Gürcü Arzusu” partiyası qazanıb

Saakaşvili seçkini uduzdu

Parlament seçkilərində qələbəni müxalif “Gürcü Arzusu” partiyası qazanıb



Gürcüstanın "İmedi" və "Rustavi 2" telekanallarını keçirdiyi ekzit-polların nəticələrinə görə parlament seçkilərində müxalifətdən olan biznesmen Bidzina İvanişvilinin partiyası qələbə qazanıb.

APA-nın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə görə prezident Saakaşvilinin hakim koalisiyası "Vahid milli hərəkat" 10% az səs qazanıb. "Civil" qəzeti dəqiqləşdirib ki, bu Tbilisi saatı ilə 16:00-ya (Bakı vaxtı ilə 17:00) olan nəticələrdi. Belə ki, respondentlərin 35% hansı partiyaya səs verdikləri barədə suala cavab verməyib. Bakı vaxtı ilə saat 21-də Gürcüstanda parlament seçkilərində səs vermə bitib.

35 seçicisi olan Gürcüstanda mərkəzi seçki komissiyasının mətbuat katibi Eki Azaraşvili bildirib ki, seçicilərin 54% səsvermədə iştirak edib.

AzNews.az