Ukraynada bir günlük matəm elan edildi

Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 15-də ölkədə bir günlük matəm elan olunması haqda qərar verib.


Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, qərar avtobusun separatçıların atəşə tutması nəticəsində çoxsaylı insan itkilərinin olması ilə bağlı qəbul edilib.

Yanvarın 13-də Volnovaxo yaşayış məntəqəsinin yaxınlığında sərnişin avtobusu blok-post yaxın ərazidə separatçı qüvvələr tərəfindən atəşə məruz qalıb. Raketin avtobusa düşməsi nəticəsində 12 dinc sakin həlak olub, 17 nəfər yaralanıb. Yaralılar arasında bir hərbçi də var.