Putin Poroşenkoya məktub yazdı – “Artilleriyanı geri çək”


Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Petro Poroşenkoya məktub yazıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, məktubda Putin Poroşenkodan Donbasdakı ağır artilleriyanı geri çəkməyi təklif edib, ancaq qarşı tərəf bu təklifi qəbul etməyib: "Rəsmi Kiyevin özünün isə döyüşü dayandırmaq üçün heç bir planı yoxdur, çünki Donbasda vəziyyət günü-gündən pisləşir. Donetsk şəhərinin kvartalları yenidən atəşə tutulur, insanlar ölür".
Donetsk şəhər administrasiyası bildirib ki, Ukrayna silahlı qüvvələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində 5 mülki şəxs ölüb. 30 nəfər isə yaralanıb: "Şəhərdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Atəş zamanı bir çox binalara ciddi ziyan dəyib, şəhər infrastukturu sıradan çıxıb".