Məmur qızını öldürən 3 nəfər edam edildi- Təbrizdə

Təbriz şəhərində 3 nəfər edam edilib.




"Qafqazinfo" vatan.com-a istinadən xəbər verir ki, Şərqi Azərbaycan Əyalət Məhkəməsi 3 nəfərin edam edilməsi barədə qərar qəbul edilib.

Təbriz şəhər prokuroru Halil İlahi 11 yaşlı qızı qaçıraraq öldürən 3 nəfər edam edilməsi barədə açıqlama verib:

"Məhkumlar bir neçə il bundan əvvəl zəngin məmur qızını qaçırıblar. Qızın atasından 48 saat içində onlara 1.5 milyon avro onlara verilməsi istənib. Tutulmaqlarından qorxan şəxslər 11 yaşlı qızı öldürüb, sonra isə bir bağçada basdırıblar. Həmin şəxslərə edam cəzası verilmişdi və bu cəza reallaşdı".

Qeyd edək ki, edam sayına görə İran beş ölkədən biri hesab edilir. 2013-cü il ərzində ölkədə 369 nəfər edam olunub.