İran iqtisadi müharibədə uduzdu

"Qərb İrana qarşı iqtisadi müharibə aparır". Bunu İran prezidenti Əhmədinejat dolların məzənnəsinin ölkədə indiyə qədər görünməmiş həddə yüksəlməsinə münasibət bildirərkən deyib.

İran mətbuatının məlumatına görə, qara bazarda dolların kursu 37 min riala yüksəlib. Dolların rəsmi kursu 12,26 min rial olsa da, bu imkandan ancaq bir neçə ixracatçı şirkət yararlana bilir.

Cəmi ötən il İranda dolların kursunun 13 min olduğunu nəzərə alsaq bir il ərzində 3 dəfə bahalaşma Qərbin İrana qarşı iqtisadi müharibəsinin nəticəsidir.

Alpər
AzNews.az