Təbrizdə kütləvi etiraz aksiyaları başladı

İranda son zamanlar müşahidə edilən qiymət artımı dünən Təbrizdə polislə əhali arasında qarşıdurmaya səbəb olub. Hadisə günorta saatlarında Təbriz bazarının yaxınlığındakı Darayi küçəsində qeydə alınıb.

Polisin səyyar satıcılıqla məşğul olmaq istəyən şəxslərə qarşı zor tətbiq etməsi ilə əraziyə 1500-ə yaxın insan toplanıb.

Onlar ölkədə işsizlik, iqtisadi böhran və bahalığın günbəgün artmasından narazılıqlarını bildiriblər. Narazı əhalinin aksiyasını dağıtmaq istəyən polis müqavimətlə qarşılaşaraq aksiya keçirilən küçəni tərk etməli olub.

Alpər
AzNews.az