Çox sayda aksiyaçı həbs edilib Çox sayda aksiyaçı həbs edilib

İran paytaxtında polislə qanlı toqquşma

Çox sayda aksiyaçı həbs edilib



Bu gün günorta saatlarnda Tehranda etiraz aksiyası keçirənlərlə polis arasında qarşıdurma baş verib. İran rialının məzənnəsinin aşağı düşməsinə etiraz edən aksiyaçılar avtomobil təkərlərini yandıraraq polisə müqavimət göstəriblər.

Gözyaşardıcı qazlardan istifadə edən polis çox sayda aksiyaçını həbs edib, yaralananlar var. Tehran bazarı aksiyaçılarla həmrəylik nümayış etdirərrək fəaliyyətini dayandırıb.

Alpər
AzNews.az