Türkiyə ağır hərbi texnikasını yerləşdirdi

Türkiyə Suriya sərhədində ağır hərbi texnikasını yerləşdirib.


Ans press-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır. Bildirilir ki, Türkiyə-Suriya sərhədində Mardində türk əsgərləri tərəfindən bir yük maşınının rahatlıqla hərəkət edə biləcəyi genişlikdə xəndəklər qazılıb. Xəndəklərin dərinliyi isə 2 metrdir. Xəndəklərin qazıldığı ərazilərin bir hissəsi manalanıb. Bundan başqa, sərhədə uzaq mənzilli Qaubitsalar, toplar və tanklar cəmlənib. Bu gün səhər saatlarında isə əsgərlərlə dolu TIR-lar sərhədə gəlib.