Sərbəst buraxılan 24 polis haqda həbs qərarı verildi

İstanbul şəhərində istintaq çərçivəsində saxlanılaraq sonradan sərbəst buraxılan 24 polis haqqında yenidən həbs qərarı çıxarılıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Habertürk" yayıb.


Məlumata görə, onların sərbəst buraxılmasına İstanbul prokurorluğu etiraz etmişdi.
Bu etiraz Ali Məhkəmədə qəbul edildikdən sonra onlar haqda həbs qərarı verilib.


Qeyd edək ki, bu qərardan sonra 24 polis ya öz istəkləri ilə, ya da polis tərəfindən yaxalanaraq məhkəməyə çıxarılacaq.