Gümrüdə Avetisyan ailəsinin qətlində ittiham edilən Rusiya hərbi qulluqçusu Valeri Permyakov Ermənistanın hüquq-mühafizə orqanlarına verilməyəcək. Gümrüdə Avetisyan ailəsinin qətlində ittiham edilən Rusiya hərbi qulluqçusu Valeri Permyakov Ermənistanın hüquq-mühafizə orqanlarına verilməyəcək.

Putin erməniləri saymadı

Gümrüdə Avetisyan ailəsinin qətlində ittiham edilən Rusiya hərbi qulluqçusu Valeri Permyakov Ermənistanın hüquq-mühafizə orqanlarına verilməyəcək.


ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Baş prokurorluğu Ermənistan Milli Məclisində "İRS" fraksiyasından olan deputatı Zarui Postandjyanın məktubuna cavabında yazıb.

Rusiya Baş Prokurorluğu bildirib ki, ölkə Konstitusiyasının 61-ci maddəsinə əsasən Valeri Permyakov Rusiya Federasiyası vətəndaşıdır.

Bu il yanvarın 12-də Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirib. O, hadisədən sonra Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanılıb və 102-ci bazanın rəhbərliyinə verilib. Permyakov törətdiyi faciəni etiraf edib.

Gümrüdə qətldən sonra etiraz nümayişləri keçirilib və etiraz edənlər Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb ediblər. Ermənistanın baş prokuroru Qevorq Kostanyan polislə nümayişçilərin toqquşmalarından sonra fevralın 3-də rusiyalı həmkarına sorğu ilə müraciət edib. Rusiya tərəfi fevralın 24-də cavab verib ki, sorğuya Rusiya Federasiyası Baş prokurorluğunda baxılır. Ancaq onu mühakimə etmək üçün Ermənistan ərazisindəki Rusiya qarnizon məhkəməsində olacaq.