Ermənistanın Gümrü rayonunda kütləvi dava və silahlı insident baş verib, 6 nəfər yaralanıb. Ermənistanın Gümrü rayonunda kütləvi dava və silahlı insident baş verib, 6 nəfər yaralanıb.

Ermənistanda atışma- 6 yaralı

Ermənistanın Gümrü rayonunda kütləvi dava və silahlı insident baş verib, 6 nəfər yaralanıb.


APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində güllələnənlərlə yanaşı bıçaqlananlar və döyülənlər də olub.

Ermənistan Baş Prokurorluğu hadisə ilə bağlı hələ ki saxlanılan olmadığını bildirib.

Hadisə yerindən isə gilizlər, taxta parçaları götürülüb. Hadisə nəticəsində ətrafdakı avtomobillər yararsız hala düşüb.