Sabiq deputat özünü güllələdi- Ukraynada

Ukraynada Regionlar Partiyasının üzvü, sabiq deputat Stanislav Melnik intihar edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, martın 9-da sabiq deputat Kiyevdə ov tüfəngindən özünü güllələyib. İntiharın səbəbi barədə məlum verilmir.

53 yaşlı sabiq deputat intihardan öncə yazdığı məktubda hamıdan bağışlanmasını istəyib.