Rusiya prezidenti Vladimir Putin sap-sağlamdır və heç bir problemi yoxdur. Rusiya prezidenti Vladimir Putin sap-sağlamdır və heç bir problemi yoxdur.

Mətbuat katibi Putinin xəstəliyi haqda: “Yalandır…

Rusiya prezidenti Vladimir Putin sap-sağlamdır və heç bir problemi yoxdur.

Musavat.com Rusiya informasiya qaynağına istinadən xəbər verir ki, bu barədə Kreml başçısının mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinə bildirib.

Qeyd edək ki, Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Astanada, martın 13-ə nəzərdə tutulan görüşünün başqa vaxta keçirilməsi bir sıra Qərb KİV-lərində Putinin mümkün xəstəliyi ilə əlaqələndirilmişdi.

Maraqlıdır ki, prezidentlər arasında görüşün tarixinin hansı səbəbdən dəyişdirilməsinə Kremldən aydınlıq gətirilməyib. Peskov sadəcə, "bu, liderlərin qərarıdır" söyləməklə kifayətlənib.