Ukraynalı həkimlərin Rusiyada həbsdə saxlanılan Ukrayna Silahlı Qüvvələrinin baş leytenantı, Ali Radanın üzvü Nadejda Savçenkonu müayinə etməsinə icazə verilib. Ukraynalı həkimlərin Rusiyada həbsdə saxlanılan Ukrayna Silahlı Qüvvələrinin baş leytenantı, Ali Radanın üzvü Nadejda Savçenkonu müayinə etməsinə icazə verilib.

Ukraynalı həkimlərin Nadejda Savçenkonu müayinə etməsinə icazə verildi

Ukraynalı həkimlərin Rusiyada həbsdə saxlanılan Ukrayna Silahlı Qüvvələrinin baş leytenantı, Ali Radanın üzvü Nadejda Savçenkonu müayinə etməsinə icazə verilib.



APA-nın "RİA Novosti"yə istinadən vefdfiyi məlumata görə, vəkil Mark Feygin ukraynalı həkimlərin N. Savçenkonun yanına buraxıldığını bildirib. Ukraynanın xarici işlər naziri Pavel Klimkin də xəbəri təsdiqləyib: "Prezident Poroşenkodan Moskvadakı konsulumuza qədər, hamının birgə səyləri nəticəsində ukraynalı həkimlər artıq Nadejda ilə birlikdədir".

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə və sərhədi qanunsuz keçməkdə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Bu il fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.

Aclıq aksiyası keçirən N. Savçenko ukraynalı həkimlərin onu müayinə etməsinə şərait yaradılmasını tələb etmişdi.