Polşada “Atıcıların assosiasiyası” adlı xüsusi təyinatlı qrup hərbi təlim keçərək Rusiya ilə müharibəyə hazırlaşır. Polşada “Atıcıların assosiasiyası” adlı xüsusi təyinatlı qrup hərbi təlim keçərək Rusiya ilə müharibəyə hazırlaşır.

ŞOK: Polyaklar Rusiya ilə müharibəyə hazırlaşır

Polşada “Atıcıların assosiasiyası” adlı xüsusi təyinatlı qrup hərbi təlim keçərək Rusiya ilə müharibəyə hazırlaşır.



AzNews.az xəbər verir ki, "New York Times" qəzetinin jurnalisti Rik Layman bu qrupun üzvlərilə görüşərək reportaj hazırlayıb.

O, reportajda polyakların Rusiya ilə müharibəyə hazırlaşdıqlarının səbəblərini öyrənməyə çalışıb.

Polşalıların fikrincə, işğalçı Rusiya Ukraynada dayanmayacaq, gücünü qərbə - Avropaya doğru yönəldəcək.

Layman yazır ki, Polşa vətəndaşları rusların hücumundan heç də qorxuya düşmürlər: "Ancaq bu, əslində belə deyil. Onların doğrudan da qorxuları var, çünki Putinin qoşunları Ukraynada müharibə aparan zaman "Atıcıların assosiasiyası"nın sırası getdikcə çoxalıb".

Atıcılardan biri Bartoş Valesyak hesab edir ki, Putin Krımdan sonra daha çox əraziləri tutmaq istəyəcək: "Litva, Estoniya və Latviya artıq bu "işğal ssenarisinə" daxil edilib. Eyni aqibət Polşanı da gözləyir".


Digər atıcı Qjeqoj Zurek isə bildirir ki, Putin Polşaya qarşı müharibəyə başlayacaq: "Tarixdən də bəllidir ki, Rusiya həmişə totalitar ölkə olub. Əgər onlar bizim torpağımıza ayaq bassalar, ruslara qarşı müharibəyə qoşulacağam".

Polşanın Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Marçin Zaborovski deyib ki, Ukraynada baş verənlər hər bir polyakın gündəlik həyatına mənfi təsir göstərir: "Tez-tez insanlar mənim yanıma gələrək "Müharibə olacaqmı?" sualını verirlər. Hətta, bu sualı öz anam da mənə verib".

Qeyd edək ki, bu ilin yanvar ayında Polşanın Müdafiə Nazirliyi mülki şəxslər arasından könüllülüləri hərbi təlimə çağırıb və nəticə gözləndiyindən da yaxşı alınıb, minlərlə vətəndaş bunun üçün qeydiyyatdan keçib.

Bu yaxınlarda Baş nazir Yeva Kopaç hərbi xidmətə çağırışa dəyişiklik edib. Dəyişikliyə görə, əgər zərurət yaranarsa, bundan sonra ölkə kişilərinin əksəriyyəti hərbi xidmətə çağırılacaq.

Kalişa şəhərinin meri Qjeqoj Sapinski vurğulayıb ki, Rusiya ilə müharibə heç də uzaqda deyil, bir neçə saat aralıdadır: "Bütün bunları gənclərin əhval-ruhiyyəsindən aydınca görmək olur".