Rusiya beynəlxalq proqramdan imtina etdi

Moskava Kütləvi Qırğın Silahlarının İxtisarı proqramından çıxır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 10 ildir ki, ABŞ-la müştərək icra olunan layihə artıq dayandırılıb.

Buna səbəb, rəsmi Moskvanın proqramın icrasında maraqlı olmaması göstərilir. Proqramın vəzifəsinə gəldikdə, əsas məqsəd bioloji, kimyəvi və nüvə silahının sayının azaldılması idi.

Qeyd edək ki, Rusiya son zamanlar beynəlxalq təşkilatlar və proqramlarla əlaqəsini dayandırır. Bundan əvvəl eyni addım USAİD və UNİCEF-ə qarşı atılıb. Bu isə üçüncü analoji addımdır.

Ekspertlər isə rəsmi Moskvanın bu cür sərt addımlarını Qərblə yaşanan gərginliklə izah edirlər. Hesab edilir ki, Rusiya öz daxilində "ərəb baharı" yaşamaqdan qorxur və qərbin ölkədəki bütün təsir imkanları məhdudlaşdırmağa çalışır.

Sadiq Musa
AzNews.az