Səfir: "Erməniləri heç kim zorla Rusiyaya qovmur" Səfir: "Erməniləri heç kim zorla Rusiyaya qovmur"

Erməniləri Rusiyaya buraxmayın – XAHİŞ

Səfir: "Erməniləri heç kim zorla Rusiyaya qovmur"



Rusiyanın Ermənistandakı səfiri Vyaçeslav Kovalenkonun keçirdiyi mətbuat konfransında maraqlı məqamlar yaşanıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlər səfirə bildiriblər ki, Rusiya niyə ermənilərlə bağlı miqrasiya proqramını bağlamır?

Səfir sualın cavabında bildirib ki, ermənilərin Rusiyaya köçünü bir proqramı bağlamaqla dayandırmaq olmaz. "Mənə elə gəlir ki, ölkəni tərk edənlərin obyektiv səbəbləri var. Bu hökumətlərlə bağlı məsələ deyil. Birinci ona baxmaq lazımdır ki, niyə ermənilər ölkəni tərk edib Rusiyaya üz tuturlar?

Səfir onu da bildirib ki, erməniləri heç kim zorla Rusiyaya qovmur. Bu proqram sadəcə emiqrantları qeydiyyata almaq və onların sosial durumunu düzəltmək üçün yaradılıb.

Sadiq Musa
AzNews.az