İran avtobusundan külli miqdarda opium tapıldı

İrandan Ermənistana gedən avtobusda külli miqdarda narkotok vasitə aşkarlanıb. Narkotik vasitə Ermənistan təhlükəsizlik orqanları əməkdaşlarının keçirdiyi axtarış nəticəsində tapılıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Həmid Cəlayi Şəhlayi adlı sərnişinin yükünə baxış zamanı 4,2 kq opium aşkarlanıb. 1955-ci il təvəllüdlü İran vətandaşı
saxlanılıb.

Alpər
AzNews.az