- Köhnə - Region
- 29 İyul 2015 18:02
- 4 867
Türkiyə “İncirlik” sazişini təkzib etdi

Türkiyə XİN-i “İncirlik” bazası ilə bağlı ABŞ-la razılaşmanın imzalanmasını təkzib edib.
AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat xidməti məlumat verib.
"Türkiyənin cənubunda yerləşən "İncirlik" aviabazasından Suriyada yerləşən İŞİD terrorçu qruplaşmasına qarşı hava əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunması barədə ABŞ-la saziş imzalanmayıb. Şifahi razılaşma əldə olunub",-deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə Türkiyə XİN-nin mətbuat katibi Tanju Bilqiç "İncirlik" bazası barədə sazişin Türkiyə tərəfindən imzalandığını açıqlayıb.
"Cənab Bilqiç "İncirlik" bazası barədə Türkiyə ilə ABŞ arasında şifahi razılaşma əldə olunduğunu nəzərdə tutub", -deyə məlumatda qeyd olunub.
Aydan Axundova