Məşhur sənətçinin qızı intihar etdi - FOTO

Emel qarderobun üst qapısına bağladığı kəndirlə özünü asaraq intihar edib


AzNews.az Ölkə.Az-a istinadən xəbər verir ki, Türkiyənin ən məşhur caz sənətçilərindən biri olan Can Kozlu və "Çıplak Kanser" kitabının yazarı Oya Kozlunun qızları 20 yaşlı Emel Ayşe Kozlu İstanbulda intihar edib.

Hadisə şəhərin Beyoğlu rayonunda Molla Bayırı küçəsində yerləşən evdə baş verib. Kanadadakı MakGill Universitetinin tələbəsi olan Emel Ayşe Kozlunun otağına girən ata Can Kozlu qorxunc mənzərə ilə qarşılaşıb. Emel qarderobun üst qapısına bağladığı kəndirlə özünü asaraq intihar edib.

Can Kozlu təcili yardım və polis çağırıb.