- Köhnə - Region
- 11 Avqust 2015 00:33
- 4 541
Hidroplan və helikopterin toqquşması nəticəsində ölən 9-cu cəsəd tapıldı
Moskva ətrafında İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində ölən 9-cu şəxsin cəsədi tapılıb.
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Məlumata görə, ölən şəxsin cəsədi sudan tapılaraq sahilə çıxarılıb.
Qeyd edək ki, avqustun 8-də İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində ikisi uşaq olmaqla 9 nəfər ölüb.