- Köhnə - Region
- 12 Avqust 2015 20:01
- 13 698
Daha bir erməni əsgər öldürüldü - Qarabağda
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistan ordusunun daha bir əsgəri öldürülüb.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Karen Ovannisyan cəbhə xəttinin şərq hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin snayper atəşindən öldürüldüyünü iddia edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Karen Ovannisyanın 12:30-da təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissəsinin döyüş dayaq məntəqəsində ölümcül güllə yaralanmasından öldüyünü qeyd edib.
Təfərrüatların müəyyənləşdirilməsi üçün istintaq başlanıb.