- Köhnə - Region
- 18 Avqust 2015 19:24
- 5 701
Türkiyədə silahlı qarşıdurma - Daha bir şəhid, üç əsgər yaralı
Bu gün Türkiyənin Diyarbəkir şəhərinin Nice rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.
AzNews.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 hərbçi yaralanıb. Yaralı əsgərlər helikopterlə Diyarbəkir Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Toqquşmada ağır yaralanan əsgərlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.