Ermənistan əsgəri öldü

Ermənistan ordusunun əsgəri ölüb.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən yerli vaxtla 23:40 radələrində erməni hərbi hissələrindən birində 25 yaşlı əsgər Açot Ovanisyan ölümcül yara alıb.

Əsgərin xidmət aparılması qaydalarının pozulması nəticəsində yaralandığı bildirilir.

Ermənistan İstintaq komitəsi əsgər Aşot Ovanisyanın ölümü ilə bağlı cinayət işi başladıb.

Aydan Axundova