- Köhnə - Region
- 19 Avqust 2015 21:09
- 4 489
Türkiyə İŞİD-in saytını bağladı
İŞİD terror təşkilatının türkcə yayımlanan saytı “Darülhilafe” və saytın rəsmi Tvitter hesabı bağlanıb.
AzNews.az Modern.az-a istinadla xəbər verir ki,Türkiyə Rabitə Nazirliyindən verilən məlumatda İŞİD-in saytının "terror təşkilatına dəstək verdiyinə görə" bağlandığı bildirilir.
Qeyd edək ki, Türkiyə İŞİD-ə aid saytları daha əvvəl bağlasa da, təşkilat başqa adlarla yeni saytlar açaraq internet üzərindən fəaliyyətini davam etdirmişdi. İŞİD-in türkcə yayımlanan saytı təşkilatın mərkəzi olan Rakkadan idarə edilir.