Türkiyə Suriya ilə sərhəddə divar çəkir

Türkiyə Suriya ilə sərhəd boyu 45 km uzunluğu olacaq beton divar inşa etməyə başlayıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hazırda Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Reyhanlı şəhəri yaxınlığında artıq 12 km divar ucaldılıb.

Məlumata görə, divarın tikintisində istifadə olunan beton blokların hər birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınlığı 30 sm, eni 2 metrdir.