- Köhnə - Region
- 21 Avqust 2015 23:29
- 4 046
Ermənistanda yenidən etiraz aksiyaları keçirilib
Bu gün Ermənistanın mərkəzində yenidən etiraz aksiyası keçirilib.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, aksiya "Ayağa qalx Ermənistan" qrupunun 3 üzvünü həbs edilməsinə qarşı olub. Həbs edilənlər Andrias Qukasyan, Sergey Kyuregyan və Andronik Manukyandır. Fəalların tutulmasına səbəb polisin əmri ilə meydana gətirilən avtomobilin təkərlərinin aksiyaçılar tərəfindən meydandan götürülməməmsi olub.
Fəalların sözlərinə görə, polis onların şəxsi əşyalarını müsadirə edib.
Bundan əvvəl Ermənistanın paytaxtı İrəvanda bu il martın 1 mitinq keçirilib. Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci il dönümü səbəbiylə keçirilib. Rəsmi məlumatlara görə, qarşıdurma nəticəsində 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölüb.Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti ,Levon -Ter Petrosyandayanıb.
Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan isə mitinqdə insanlar qarşısında çıxış edərək deyib ki, 7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar. Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ermənistandakı etirazçılar