Türkiyə ordusu PKK-nın 40-dan çox yaraqlısını məhv etdi

Türk hərbçiləri qarşıdurmalar və şimali İraq ərazisinə avia hücumlar zamanı Kürd Fəhlə Partiyasının (PKK) 41 yaraqlısını məhv edib.


AzNews.az Oxu.Az-a istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, ötən cümə axşamı və cümə günləri həyata keçirilmiş hava hücumları zamanı 29 yaraqlı məhv edilib.

Agentliyin məlumatına əsasən, cümə günü İraqla sərhəddə yerləşən Uludərə şəhəri yaxınlığında daha 12 yaraqlı məhv edilib.