Ukraynada silahlı basqın - 1ölü, 2 yaralı (Foto)

Ukraynanın Qarlovka ərazisinə silahlı basqın olub.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında Ukraynanın Qarlovka ərazisində saat yarıma kimi atışma qeydə alınıb. Hadisə nəticəsində yerli sakinlərdən bir nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Şəhər administrasiyasının məlumatına görə, mərmilər Qarlovkanın mərkəzi hissəsində partladılıb. İnsanlarla yanaşı, təxminən altı yaşayış evi, ərazidə yerləşən məktəb və məbədə də zərər dəyib. Məktəb tədris ilinin başlanğıcına az qalmış bir vaxtda tamamilə yararsız vəziyyətə düşüb.

Minaların partlaması o qədər güclü olub ki, partlayış dalğası bir sıra binaların şüşələrini sındırıb, dam örtüklərinə zərər vurub. İlkin məlumatlara görə, silah səsləri Artyom ərazisində belə eşidilib.

Qarlovkadakı vəziyyətin təhlili ilə bağlı bu gün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı artıq araşdırmalara başlayıb.

Ümumiyyətlə, son bir neçə həftə ərzində ölkənin cənub-şərqində vəziyyət kəskinləşib. İndi Ukrayna silahlı qüvvələri təkcə Ukrayna hərbçilərini hədəfə almayıb, bundan başqa, onlar dinc əhalini, yaşayış evlərini, zavodları, xəstəxanaları, məktəbləri, uşaq bağçalarını da partladırlar.