- Köhnə - Region
- 27 Avqust 2015 22:44
- 4 689
Türkiyədə növbəti terror - Daha bir şəhid, 4 yaralı
Diyarbakırın Lice mahalında terror hadisəsi qeydə alınıb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ziyarət kəndi ətrafında yol təhlükəsizliyini qoruyan əsgərlərə hücum edilib.
PKK-lı terroristlərlə atışma zamanı 1 əsgər şəhid olub, 4-ü isə yaralanıb.
Yaralı əsgərlər helikopterlə Dəclə Universiteti Xəstəxanasına aparılıb.