- Köhnə - Region
- 28 Avqust 2015 19:34
- 4 797
Ermənistanda növbəti etiraz dalğası
Ermənistanda "Talana yox" Təşəbbüs Qrupu yenidən etiraz aksiyalarına başlayacağını bildirib.
AzNews.az Trend-ə istinadən xəbər verir.
"Talana yox" Təşəbbüs Qrupu küçə aksiyalarının sentyabrın 1-dən başlayacağını bildirib.
Məlumatda bildirilir ki, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16:00-da başlayacaq.
Təşəbbüs Qrupunun təmsilçiləri bildiriblər ki, onlar aksiyaları müvəqqəti olaraq dayandırmışdılar və hökumətdən tələblərinin yerinə yetirilməsini gözləyirdilər.
Qeyd edək ki, etiraz aksiyaları iyulun 1-dən ölkədə eklektrik enerjisinin tariflərinin bahalaşmasına qarşı keçirilir.